Aviqdor Liberman: “Fəxr edirəm ki, Heydər Əliyevlə görüşmək şərəfinə nail olmuşam”

 10-05-2023

“Azərbaycanın ümummilli Lideri Heydər Əliyevlə tanışlığımın ilk dəqiqələrində yaşadığım təəssüratı görkəmli siyasi xadimlərin heç biri ilə tanışlıq zamanı yaşamamışam”.

“Report” “Vesti Israel”ə istinadən xəbər verir ki, bunu İsrail Knessetinin üzvü, ölkənin sabiq xarici işlər və müdafiə naziri Aviqdor Liberman ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.

“Siyasi karyeramın müxtəlif mərhələlərində ABŞ prezidenti, Roma Papası, Almaniya kansleri və dünya siyasətinin bir çox tanınmış simaları ilə görüşmək imkanım olub. Heydər Əliyevlə tanışlığımın ilk dəqiqələrində yaşadığım təəssüratı görkəmli siyasi xadimlərin heç biri ilə tanışlıq zamanı yaşamamışam. Onun cazibəsi, danışıq tərzi, xüsusi aristokratlığı, eyni zamanda, sadə ünsiyyət bacarığı o qədər güclü təəssürat yaradırdı ki, bəzən onun həmsöhbətini hipnoz etdiyini düşünmək olardı", - deyə o bildirib.

A.Liberman qeyd edib ki, 1997-ci ilin avqustunda baş nazirin başçılıq etdiyi İsrail nümayəndə heyətinin tərkibində ilk dəfə Bakıda olub və Heydər Əliyevlə görüşüb.

“Fəxr edirəm ki, Heydər Əliyevlə görüşmək və Azərbaycanın İsraildə səfirliyinin açılması, eləcə də, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri ilə mümkün ən yüksək səviyyəyə çatan diplomatik münasibətlərin qurulmasının öncülləri sırasında durmaq şərəfinə nail olmuşam”, - deyə o vurğulayıb.

Bənzər yazılar

0.19158101081848