Əli Əhmədov: “Heydər Əliyevin qurduğu Azərbaycan güclənir, qüdrətlənir”

 10-05-2023

“Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini həmişə yüksək qiymətləndirir. Onun adını hər zaman qəlbində saxlayır”.

Milletinsesi.info xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə həm ölkəmizdə, həm də xaricdə keçirilən tədbirlər ona olan misilsiz hörmətin göstəricisidir.

“Heydər Əliyevin qurduğu Azərbaycan güclənir, qüdrətlənir, möhtəşəm bir dövlətə çevrilir. Bunun ən parlaq nümunəsi 30 ilə yaxın işğalda qalan Azərbaycan torpaqlarının Ordumuzun hesabına azad edilməsidir.

Heydər Əliyevin qurduğu dövlətin bünövrəsi o qədər möhkəmdir ki, bütün problemlərini həll etmək iqtidarındadır”, - deyə o əlavə edib.

Əli Əhmədov bildirib ki, Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, hörmət edilən dövlətlərindən birinə çevrilib.

“Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir”, - deyə o bildirib.

Bənzər yazılar

0.17800498008728