Sabiq deputat şirkətinin başından gedir - DETALLAR

 08-05-2023

"Sumqayıt-çörək" ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Ölkə.Az
xəbər verir ki, yığıncaq 2023-cü il iyunun 23-ü saat 11.00-da Sumqayıt şəhəri, Lermontov küçəsi 13 ünvanında baş tutacaq.


Yığıncağın gündəliyinə ATSC-nin 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi, maliyyə-təftiş komissiyasının hesabatı və təsdiq edilməsi, İdarə heyəti və müşahidə Şurası üzvlərinin seçilməsi, İdarə heyəti sədrinin seçilməsi, Maliyyə-təftiş komissiyası üzvlərinin seçilməsi, mənfəətin bölüşdürülməsi və əldə edilmiş xalis mənfəətdən istifadənin təyin edilib təsdiqlənməsi məsələləri daxildir.

Qeyd edək ki, "Sumqayıt-çörək" ATSC 04.06.1998 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 762,582 min manatdır. ASC-nin sahibi və İdarə Heyətinin sədri sabiq deputat Tofiq Hüseynovdur.

Bənzər yazılar

0.19370293617249