Tanınmış şirkətin rəhbərinin ölkədən çıxışına “STOP” QOYULDU

 26-05-2022

“Scarab Construction” MMC və “SERA" MMC-nin rəhbəri Ramin Abdullabəylinin Azərbaycandan çıxışı məhdudlaşdırılıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsi bu gün qətnamə çıxarıb. Bildirilib ki, şirkətlərin dövlət büdcəsinə 300 min manata yaxın borcu var. 

Belə ki, “Scarab Construction” MMC-nin bu ilin may ayınadək İcbari Tibbi Sığorta Fonduna 1636,27 manat, İşsizlikdən sığorta fonduna 815 manat, Dövlət Sosial Müdafiə Fonduna 19821,11 manat olmaqla, dövlət büdcəsinə 275325,39 manat məbləğində (o cümlədən, vergilər üzrə 260016,73 manat, faizlər üzrə 15308,66 manat), “SERA” MMC-nin isə dövlət büdcəsinə 42,79 manat (o cümlədən, faizlər üzrə 2,79 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 297640,56 manat borcu formalaşıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə müraciət əsasında hər iki şirkətə rəhbərlik edən Ramin Abdullabəylinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qeyd edək ki, “Scarab Construction” tikinti sahəsində, xüsusilə metal konstruksiyaların quraşdırılması üzrə tanınmış ixtisaslaşmış şirkətlərdəndir.

Bənzər yazılar

0.21038007736206