Bayden Azərbaycana yeni səfirin namizədliyini İRƏLİ SÜRDÜ

 26-05-2022

ABŞ Prezidenti Cozef Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.

Qeyd edək ki, nazir-müşavir rütbəsinə malik Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində çalışır. O, polyak və fransız dillərini mükəmməl bilir.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatır.

Bənzər yazılar

0.20689487457275