Azərbaycanlıların kompakt yaşadığı Marneulidə məktəbdə şagirdlər qaz sızmasından zəhərləniblər

 25-04-2023

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin 6 nömrəli ictimai məktəbinin şagirdləri qaz sızmasından zəhərləniblər.

APA xəbər verir ki, faktı Marneuli Resurs Mərkəzi (maarif şöbəsi) təsdiqləyib.

Məlumata görə, qaz sızması nəticəsində məktəbin 3 şagirdi huşunu itirib. Onların xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Zəhərli qazın məktəb binasının yaxınlığındakı müəssisələrdən birindən sızdığı, məktəblə əlaqəli olmadığı açıqlanıb. Təhlükəsizlik səbəbilə məktəb binasında təxliyə həyata keçirilib.

Bənzər yazılar

0.19613981246948