Koronavirusa yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavələrin ödənilməsi martın 1-dək uzadıldı

 09-03-2022

Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

MillətinSəsi.info xəbər verir ki, qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti martın 1-dək uzadılıb.

Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib. İndiyə qədər qüvvədə olan qərara əsasən, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən 2022-ci il yanvarın 1-dək olan müddət üçün ödənilib.

Bənzər yazılar

1.0292241573334