Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılır 

 22-05-2024

İyunun 1-dən Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasına “Jurnalist EVİ” MMC tərəfindən göstərilən bütün xidmətlər dayandırılır. 

Yenisabah.az xəbər verir ki, buna səbəb kimi yığımın olmaması və kütləvi borcun yaranması əsas göstərilib. 

Binanın komendantı Orxan Mehdiyev bildirib ki, binada yaşayan bir sıra sakinlər müntəzəm olaraq göstərilən xidmətlərlə tələb olunan borcları ödəmir:

“Dayandırılacaq xidmətlər lift, xadimə və mühafizədir. Pul yığmağı da dayandıracağıq. Xidmətin dayanıdırlması yığılan borclarla bağlıdır. Dəfələrlə bina sakinlərinə müraciət etsək də, heç bir ödəniş edilmir. Ödəyənlər isə standart, eyni insanlardır”.

 

Bənzər yazılar

0.1197190284729