Gürcüstanlı ekspertlərdən Azərbaycan bayrağının yandırılmasına reaksiya - VİDEO

 18-04-2023

Ermənistanda Azərbaycan bayrağının yandırılması faktının detallarını analiz edəndə bunun əvvəlcədən planlanlaşdırıldığını anlamaq çətin deyil.

Xezerxeber.az-ın məlumatına görə, bunu siyasi ekspert Marina İzoriya bildirib.

O bildirib ki, regionda sülh gündəliyinin kövrək olduğu bir zamanda yaşanan bu utancverici hadisə Ermənistanın çirkin xislətini bir daha sübut etdi.

Politoloq Nika Çitadze isə Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbi qulluqçulara işəgəncələrin verilməsinə diqqət çəkib və vurğulayıb ki, bu hal beynəlxalq hüquqa ziddir.

Gürcü politoloqlar vurğulayıblar ki, Ermənistanın əsir götürdüyü azərbaycanlı hərbiçilər dərhal azadlığa buraxmalı, Azərbaycan bayrağını yandıran şəxs isə mütləq şəkildə cəzalandırılmalıdır.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.20211315155029