Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI 

 16-04-2023

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 120 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 62, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 7 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 958 464 nəfər təşkil edir.

Bənzər yazılar

0.23133587837219