"Lanset” klinikasının cərrahı Fərman Ceyranlı azadlığa buraxıldı

 15-04-2023

Gürcüstanda həbsdə olan “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı azadlığa buraxılıb.

APA-nın məlumatına görə, Fərman Ceyranlı bu gün həbsdən azad edilib.

Qeyd edək ki, 2017-ci ilin mayında dələduzluq ittihamı ilə saxlanılmış Fərman Ceyranlı 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, təsisçisi olduğu Lanset klinikasında qanunsuz ciyər transplantasiyası həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunub.

Bənzər yazılar

0.21561598777771