İİV-ə yeni yoluxma sayında azalma müşahidə edilir

 15-04-2023

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rüblük hesabatında qeyd olunub.

Bildirilib ki, ötən 3 ay ərzində İİV-ə 346 nəfər yoluxub. Onlardan 329 nəfəri Azərbaycan vətəndaşları, 17 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 25 nəfəri (7,6 %-i) İnyekson Narkotik İstifadəçiləri olub.

Bundan başqa, bu ilin ilk 3 ayı ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 19832 nəfər yönləndirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 581 nəfərindən 347-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

 

Bənzər yazılar

0.20984792709351