“MECC” MMC-nin direktor köməkçisi Salman Salmanzadənin sözlərindən isə aydın olub ki, “6-cı mərtəbə” MMC-nin onlara nə az, nə çox 1 429 330 AZN borcu var.
Salman Salmanzadə və Fatih Turanının sözlərinə görə, dəfələrlə “6-cı mərtəbə” MMC-nin rəhbərliyi ilə bu məsələ müzakirə olunub: “30-a yaxın görüşümüz olub. Hər dəfə bir bəhanə gətiriblər. Bizi günahkar çıxarmaq istəyirlər. “6-cı mərtəbə” MMC-nin prezidenti Atəş Təhməzli hər dəfə eyni şeyi deyir. Qısası, bu müzakirələrin heç bir nəticəsi olmayıb. Ona görə də məsələni ictimailəşdirmək qərarına gəldik”.
“İdea Yapı” MMC-nin direktor köməkçisi Hüseyn Yıldırımcanın sözlərinə görə, “6-cı mərtbə” şirkətilə təmsilçisi olduğu şirkət arasında 2 milyon 702 min 689 manat dəyərində müqavilə bağlanıb:
“10 ay ərzində avans ödəmələri edilməyib, təsdiq edilmiş layihə sifarişçi tərəfindən yenilənib, inşaat sahəsində işlərin görülməsi gecikdirilib. Gecikmə nəticəsində malların qiymətləri artıb, layihənin yenidən işlənməsi ilə əlaqədar gözlənilən zamanda işçiləri əmək haqqı və yemək xərcləri, gücləndirilmiş iş şərtlərinə görə işçilərin xərcləri qarşılanmır. Gecikmələrə görə ödənişləri ödəməkdən imtina edir. “6-cı mərtbə” şirkəti müqavilə şərtlərini vaxtında yerinə yetirilmədiyi üçün “İdeya Yapı” MMC-yə 1 milyon 278 min 929 manat dəyərində zərər dəyib”.
İş adamları deyib ki, problemlə əlaqədar ölkə rəhbərliyinə, eyni zamanda məhkəməyə müraciət etmək niyyətindədirlər.
“6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 20 AZN-dir. Şikrətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Açıq mənbələrdə Yunis Nəbiyev barəsində hər hansı məlumat yoxdur.
“6-cı mərtəbə” MMC-nin adı ilk dəfə gündəmə 2021-ci ildə gəlib.
“Şərq Bazarı” komplkesinin bərpası və yenidəqurma işlərində çalışan fəhlələrə mediaya müarciət edərək pullarını ala bilmədiklərini deyiblər.
Onlar bu məsələdə şirkətin prezidenti Atəş Təhməzlini ittiham ediblər.
İddialara görə, Atəş Təhməzli Azərbaycan Qida Təhlükəsizliyi (AQTA) Agentliyinin sədri Qoşqar Təhməzovun qardaşıdır.
Onun digər qardaşı Fərhad Təhməzov isə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin direktorudur.(Qaynarinfo.az)