Ölüm faktını bilərək gizlədən və dövlətin vəsaitinin qeyri-qanuni yolla əldə olunmasına şərait yaradan Lənkəran bələdiyyəsinin sədrinin iki il sonra saxta arayışla ölüm faktını rəsmiləşdirmək istəyinin arxasındakı məqamlara yəqin ki, aidiyyəti qurumlar aydınlıq gətirəcəklər.
Ehtimal olunur ki, ya tərəflər arasındakı sələmə verilən pulun əsas məbləğinin geri qaytarılması məsələsi və ya bank kartının etibarlılıq müddəti bitdiyi üçün Aygün Mirzəyeva belə qərar qəbul edib.
Çünki fotofaktdan da aydın şəkildə müşahidə olunur ki, məzar bir ay öncəyə aid deyil və qəbir daşı üzərindəki ölüm tarixinin usta tərəfindən yalnışlıqla başqa vaxtda göstərilməsi, ümumiyyətlə, inandırıcı deyil. Tarixlər arasında müqayisə aparsaq görərik ki, məzar daşı üzərində 7.II.2021-ci il göstərilib, lakin bələdiyyə sədrinin rəsmi arayışında bu tarix 16.III.2023-cü il olaraq göstərilib. Başqa sözlə, tarixin yalnışlıqla fərqli şəkildə məzar daşı üzərində həkk olunması mümkün deyil.
Mənbə onu da iddia edib ki, bələdiyyə sədrinin başqa cinayət əməlləri də var və daha neçə nəfər ölən vətəndaş üzərindən dövlətin vəsaitini mənimsəyib.
Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxlasaq da, Aygün Mirzəyeva suallarımıza susqunluq nümayiş etdirib.
Mərhuma ölüm kağızının hansı tarixdə verilməsi ilə bağlı müraciət etdiyimiz Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) isə hələki açıqlama verilməyib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayış verilməsi barədə vətəndaş müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Mövzunu diqqətdə saxlayacağıq…
Mənbə: Bizim.Media