Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI 

 09-04-2023

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 115 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 957 429, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 408 896, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 299, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 028 nəfər təşkil edir.

Bənzər yazılar

0.21264910697937