Babək Rayon Polis İdarəsinin rəisi vəzifəsindən AZAD EDİLDİ

 08-04-2023

Babək Rayon Polis İdarəsinin rəisi işdən azad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, polis mayoru Elgün Əliyev işdən çıxarılıb.

Onun vəzifəsinin icrası polis polkovnik-leytenantı Kənan Məmmədova həvalə edilib.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziri polis polkovniki Süleyman Əsgər oğlu Neymətov təyin olunub.

Polis polkovniki Süleyman Neymətov yeni təyinatadək Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi olub.

O, Suraxanıdan əvvəl Sumqayıtda polis rəisinin müavini, Qubada isə rəis kimi xidmət göstərib. S.Neymətov Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.

.

Bənzər yazılar

0.24097800254822