İnam Kərimov hakim kimi and içdi

 05-04-2023

Ali Məhkəmənin yeni sədri İnam Kərimov kollektivə təqdim edilib.

Onu kollektivə Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təqdim edib.

Sonra Məhkəmənin Plenumunun iclası keçirilib.

İclasda İnam Kərimovun Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatı ilə əlaqədar andiçmə mərasimi keçirilib.

O, Plenum iclasında “Məhkəmələr və hakimlər” haqqında qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Qeyd edək ki, İ.Kərimov Prezidentin aprelin 4-də imzaladığı digər sərəncamla Ali Məhkəmənin sədri təyin edilib. 

Bənzər yazılar

0.23083901405334