Lökbatanda çirkabı evində “qonaq” edənlər - VİDEO

 04-04-2023

Lokbatanda çirkab suları vətəndaşları narahat edir.

Sakinlərin sözlərinə görə, ərazidə kanalizasiya sistemi olmadığından yağış və çirkab suları vətəndaşların evlərinə dolur.

“Kanalizasiya iyindən boğuluruq. Baxan yoxdur. Hamısı infeksiyadır”, - deyə sakinlər bildirib.

Baku TV mövzu ilə bağlı rayonun icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla əlaqə saxlayıb.

İcra başçısı ona ünvanlanan sualı eşitdikdə dərhal telefonu söndürüb.

Qeyd edək ki, sözügedən ərazidə tikilən evlərin sayı çoxdur. Qaradağın Lökbatan qəsəbəsində, Lökbatan gölünün bir addımlığında yerləşən göl ərazisinin torpaqla doldurularaq vətəndaşlara tikinti üçün satılması ilə bağlı görüntülər yayımlanıb.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.22783207893372