Ayxan Hacızadə: “Ermənistan Xarici İşlər Nazirliyinin tarix dərslərinə ehtiyacı var”

 24-03-2023

“Ermənistan xarici işlər naziri Aratat Mirzoyan yalan danışır. Deyəsən, Ermənistan Xarici İşlər Nazirliyinin bəzi tarix dərslərinə ehtiyacı var”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuatı Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iddialarına cavab olaraq “Twitter”də yazıb.

O bildirib ki, Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı idi: “Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib”.

 Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Ermənistan hələ də itkin düşmüş 3 800 azərbaycanlı ilə bağlı məlumat vermir: “Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.

A.Hacızadə vurğulayıb ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.

 

 

Bənzər yazılar

0.25672101974487