Aydın Kərimov: “Azad edilmiş ərazilərin turizm potensialının reallaşdırılması istiqamətində işlər aparılır”

 16-03-2023

“Azad edilmiş ərazilərin turizm potensialının reallaşdırılması istiqamətində işlər aparılır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

“Azərbaycan Qarabağda “yaşıl zona” konsepsiyasını həyata keçirərək bu əraziləri bərpa edir, tikinti işlərində yüksək texnologiyalardan istifadə olunur”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, hazırda keçmiş məcburi köçkünlərin Şuşaya qayıtması üçün infrastrukturun yaradılması istiqamətində də işlər aparılır:

“Məşğulluğun və insan kapitalının inkişafı üzərində işləyirik. Şəhərdə lazımi infrastruktur yaradılır. İstəyirik ki, tezliklə buraya qayıdacaq keçmiş məcburi köçkünlərin sabit həyatı üçün etibarlı zəmin yaradılsın”.

Bənzər yazılar

0.19119906425476