Məşhur rejissor “Marvel” filmləri və onların pərəstişkarlarını “axmaq” adlandırdı

 16-05-2022

Rejissor Qaspar Noe “Marvel” filmlərini kəskin tənqid edib və onların tamaşaçılarını “axmaq” adlandırıb.

“Bu, belə bir sualı vermək kimidir: Hitler nasist Almaniyasını yaratdı, yoxsa nasist Almaniyası Hitleri yaratdı? Sizcə, “Marvel” filmləri amerikalıları axmaq edir, yoxsa Amerika cəmiyyəti o qədər axmaqlaşır ki, onların zehninə uyğun filmlərə ehtiyac yaranır?” – deyə rejissor bildirib.

Qeyd edək ki, fransız mənşəli argentinalı rejissor Noe öz qalmaqallı əsərləri ilə tanınır. O, dəfələrlə aparıcı beynəlxalq film festivallarının müsabiqə proqramlarının iştirakçısı olub.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.2394859790802