Nikol Paşinyan Parisə gedib

 09-03-2022

Ermənistanın baş naziri Nikol Paşinyan nümayəndə heyəti ilə Fransanın paytaxtı Parisə işgüzar səfərə gedib.

MillətinSəsi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin saytında məlumat verilib.

Nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər daxildir.

“Ambisiyalar: Ermənistan-Fransa” forumu çərçivəsində iki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Bənzər yazılar

0.22991299629211