Baş həkim vəzifəsindən AZAD OLUNUB

 07-03-2023

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev işdən çıxarılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, o, yaş həddinə görə tutduğu vəzifədən azad olunub.

Gəncədə işdən çıxarılan baş həkimin yerinə təyinat olunub. 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yeni əmrinə əsasən, Səbuhi Mikayıl oğlu Həsənov şəhər Birləşmiş Xəstəxanası direktorunun müavini, Uşaq Xəstəxanasının rəhbəri vəzifəsinə təyin olunub.

Səbuhi Mikayıl oğlu Həsənov bu təyinatdan öncə Uşaq Xəstəxanasının Pediatriya şöbəsinin müdiri vəzifəsində işləyirdi.

Qeyd edək ki, H.Abdullayev uzun illər həmin xəstəxanada çalışıb. O, bölgə üzrə tanınmış həkimlərdən biridir.

Bənzər yazılar

0.21111607551575