Şri-Lankada əhali pulsuzluqdan küçələrə axışdı, HÖKUMƏT İSTEFA VERDİ- VİDEO

 14-05-2022

Aprelin əvvəlindən əhalinin həyat şəraitinin pisləşməsinə qarşı kütləvi etirazların davam etdiyi Şri-Lankada vəziyyət ağır olaraq qalır.

MillətinSəsi.info xəbər verir ki, Şri-Lanka Mərkəzi Bankı xarici valyuta aktivlərinin olmaması səbəbindən ölkənin xarici borcunu artıq ödəyə bilməyəcəyini açıqlayıb.

Şri-Lankanın problemlərinin kökündə valyuta aktivlərinin sürətlə aradan çıxması dayandığı bildirilib. Bu, o deməkdir ki, ölkə bir çox malları, çoxlu xammal və yanacaq idxal edə bilmir. Bu, inanılmaz dərəcədə yüksək qiymətlərə və kəskin ərzaq çatışmazlığına səbəb olur.

Hökumət baş verənlərdə Şri-Lankanın bütün turizm gəlirlərini məhv edən pandemiyanı günahlandırır, çünki turizm ölkənin ən böyük valyuta mənbəyi idi.

Şri-Lankada iqtisadi böhrana görə davam edən etirazlardan sonra Baş nazir Mahinda Rajapaksa da daxil olmaqla bütün Nazirlər Kabineti istefa verib.

Paytaxt Kolomboda minlərlə insanın onun rəsmi iqamətgahını mühasirəyə almasından sonra təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və xəbərdarlıq atəşi açaraq M. Rajapaksanı çölə çıxarıblar.

Məlumatlara görə, istefa vermiş keçmiş Baş nazir və ailəsinin bəzi üzvləri vertolyotla paytaxtdan 270 km uzaqlıqdakı Trikomali şəhərinə aparılıb və Hərbi Dəniz Qüvvələri bazasında yerləşdirilib. Rajapaksa ailəsinin digər üzvlərinin də helikopterlərlə paytaxt Kolombodan ayrıldığı iddia edilib.

Həmçinin bildirilib ki, etirazçıların Baş nazirin oğluna məxsus lüks avtomobillərin olduğu evi də yandırıblar.

Qeyd edək ki, Şri-Lankada 20 ilə yaxındır ki, Rajapaksa ailəsinin idarəçiliyi hökm sürür. İstefa verən Baş nazir M. Rajapaksa 2005-2015-ci illər arasında ölkənin 6-cı Prezidenti olub. 2004-2005, 2018 və 2019-2022-ci illərdə isə ölkənin Baş naziri vəzifəsini icra edib. Onun qardaşı Gotabaya Rajapaksa 2019-cu ildən ölkənin Prezidentidir. O, daha əvvələr də müxtəlif yüksək vəzifələrdə çalışıb.

Bənzər yazılar

0.2127320766449