Azərbaycan və Türkiyənin BMT-dəki nümayəndələri arasında GÖRÜŞ OLUB

 24-02-2023

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev və türkiyəli həmkarı arasında Sedat Önal arasında görüş olub.

Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi “Twitter”də məlumat yayıb.

“Hörmətli həmkarım və dostum, qardaş Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı yeni daimi nümayəndəsi Zati-aliləri cənab Sedat Önala ən səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram!”, - azərbaycanlı diplomat bildirib.

Xatırladaq ki, fevralın 3-də Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal bu ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

 

Bənzər yazılar

0.23054599761963