Cahit Bağçı: “Bu qatar Azərbaycandan Türkiyəyə qurulan bir könül körpüsüdür” -FOTO/VİDEO

 16-02-2023

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı episentri Kahramanmaraş olan dəhşətli zəlzələdən zərər çəkənlərə Biləcəri dəmiryol stansiyasından qatarla yardım göndərilməsi ilə bağlı paylaşım edib.

“Bu qatar Azərbaycandan Türkiyəyə qurulan bir könül körpüsü, qardaş köməyidir”, - deyə səfir paylaşımında qeyd edib.

Qeyd edək ki,“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Biləcəri dəmiryol stansiyasından Türkiyəyə 25 konteynerdən ibarət qatarla yardım göndərilib.

Tədbirdə ADY sədri Rövşən Rüstəmovun və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak ediblər.

Bu vaxta qədər Türkiyəyə yardımlar hava və quru yolla göndərilirdi. Artıq dəmir yolu vasitəsilə də yardım göndərildi. Qardaş ölkəyə köməyin vaxtında çatdırılması üçün əlimizdən gələni edəcəyik.

Bənzər yazılar

0.20689702033997