Azərbaycandan olan 4 tələbənin cansız bədənləri DAĞINTI ALTINDAN ÇIXARILIB

 14-02-2023

Türkiyədəki dəhşətli zəlzələdən sonra binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin - Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevin cansız bədənləri dağıntılar altından çıxarılıb. 

Dağıntılar altında qalmış tələbələrimizdən biri - Şahin Verdiyevin  ölümünü dayısı təsdiqləyib.

Bu barədə məlumatı İTV-nin Malatyaya ezam olunmuş müxbiri canlı yayımda bildirib.

Qeyd edək ki, onlar Malatyanın İnönü Universitetinin tələbələri olub.

Bənzər yazılar

0.21671795845032