Varşavada Rusiya səfirinə “qanlı” ETİRAZ - VİDEOFAKT

 09-05-2022

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bu gün – mayın 9-da Varşavanın Zvirki və Viqura küçələrində sovet əsgərlərinin hərbi xatirə qəbiristanlığına gül qoymağa cəhd edərkən hücuma məruz qalıb.

MillətinSəsi.info xəbər verir ki, Rusiya Federasiyasının səfiri, həyat yoldaşı və onu müşayiət edən bir qrup diplomat qırmızı boya ilə boyanıb və memoriala getməsinə icazə verilməyib.

Bir neçə dəqiqə sonra hadisə yerinə gələn polis diplomatları mühasirəyə alaraq maşına mindirməyə kömək edib.

Rusiya Xarici İşlər Nazirliyi hələ ki, məsələyə reaksiya verməyib.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: RİA Novosti

Bənzər yazılar

0.22026515007019