Türkiyə səfiri Cahit Bağçı: “Azərbaycanlı bacı-qardaşlarımız var olsun!”

 11-02-2023

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göndərən azərbaycanlılara təşəkkür edib.

Səfir bununla bağlı “Twittet” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Acınız acımızdır” deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun!”.

Bundan başqa,  Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində məskunlaşmış Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə səfirlik “Twiter”də paylaşım edib.

“Zəlzələdən zərər çəkmiş bölgələrdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşları təxliyə üçün +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər. Təxliyə yalnız zəlzələ bölgəsinə aiddir!”, - tvitdə qeyd olunub.

Bənzər yazılar

0.22441911697388