Məşhur PKK terrorçusu MƏHV EDİLDİ

 09-05-2022

Türkiyə Silahlı Qüvvələri məşhur PKK terrorçusunu məhv edib.

MillətinSəsi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, İraqın şimalında həyata keçirilən “Pençe-kilit” əməliyyatı zamanı Zap bölgəsinə cavabdeh olan İran əsilli Mizgin Rojhilat kod adlı Helima Efendak qətlə yetirilib.

15 ildir ki, terror təşkilatının dağ komandasında fəaliyyət göstərən Efendak, Siirt-Şırnak-Hakkari çöllərinin daxil olduğu qondarma Botan-Behdinan sahə idarə mobil qrupunun tərkibində məsul şəxs kimi terror fəaliyyətləri ilə məşğul olub.


Bənzər yazılar

0.21804118156433