Şahin İbadovun qanunsuz tikintilərilə bağlı ARAŞDIRMA BAŞLAYIB - Biznesmen dövlət qurumlarına ƏNGƏL OLMAĞA ÇALIŞIR

 11-02-2023
"Bakı Tikinti Kosntruksiya" Qapalı Səhmdar Cəmiyyətinin ərazisində qeyri-qanuni tikililərlə bağlı araşdırma aparılır. 
 
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, araşdırmalarda müvafiq dövlət qurumları, o cümlədən Nərimanov rayon İcra Hakimiyyəti də iştirak edir. 
 
Əldə etdiyimiz məlumata görə, "Bakı Tikinti Kosntruksiya" QSC-nin rəhbəri Şahin İbadov qeyri-rəsmi yollarla yoxlamalara əngəl olmağa çalışır. QSC-nin ərazisində qeyri-qanuni tikililər mövcud tikinti normalarına zidd qurulub və Şahin İbadovun "öz qanunları” ilə tikildiyi heç kəsə sirr deyil. "Biznesmen-məmur" isə bütün əlaqələrini işə salaraq, "öz qanunları" ilə tiktirdiyi obyektləri rəsmiləşdirməyə çalışır.
 
Qeyd edək ki, "Bakı Tikinti Kosntruksiya" QSC ərazi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tabedir. 
 
RİH başçısının nümayəndəsi Mirzə Mirzəyev Qaynarinfo-nun sorğusu əsasında "Bakı Tikinti Kosntruksiya" QSC-nin ərazisinə baxış keçirdiklərini bildirib. O, nəticələrlə bağlı hələlik heç bir söz deyə bilməyəcəyini qeyd edib.
 
Nərimanov rayon icra başçısının müavini İlqar Mirzəyev isə sorğumuza cavab olaraq bildirib ki, elektron müraciətə baxılaraq, məsələni araşdırılacaq və qanunverciliyin tələblərinə uyğun tədbirlər görüləcək. Araşdırmanın nəticələri barəsində müvafiq məlumat veriləcək.
 
Qeyd edək ki, Qaynarinfo-da "Bakı Tikinti Kosntruksiya" QSC qeyri-qanuni fəaliyyətilə bağlı məlumat dərc edildikdən sonra Şahin İbadov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri vəzifəsindən azad olunub. 
 

 

 
Xatırladaq ki, "Bakı Tikinti Kosntruksiya" QSC-də qeyri-qanuni tikililər mövcuddur. İddia edilir ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarları tikdirilib. 
 
Bu azmış kimi, sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldirilir.
 
Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyri-qanunidir, rəsmi bəyan olunan hissəsi çox cuzidir və realıqdan fərqlənir. Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır. 
 
 
Mənbənin verdiyi məlumata görə, bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb.
 
Mənbə qeyd edir ki, ötən ilin sentyabr ayından başlayaraq, FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz tikinti işləri davam etdirilib.

Mənbə Qaynarinfo.az
 

Bənzər yazılar

0.27836489677429