Ombudsmanın xidməti avtomobili 8 500 MANATA SATILIR

 11-02-2023

Əmlak Məsələləri Dövlət Xidməti bir-sıra dövlət qurumlarının balansında olan minik avtomobillərini satışa çıxaracaq.

Yeniavaz.com
 xəbər verir ki, satışa çıxarılacaq avtomobillərin 8-i Daxili İşlər Nazirliyinə, 4-ü Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına, 16-sı Xarici Kəşfiyyat Xidmətinə məxsusdur.


Siyahıda ən ucuz avtomobil 2005-ci il istehsalı olan “Tofaş Şahin”dir. Onun ilkin satış qiyməti 1 000 manat müəyyən edilib.

Hərracın ən baha avtomobili isə “Land Rover Defender”dir. Xarici Kəşfiyyat Xidmətinin balansında olan avtomobil 14 000 manata hərraca çıxarılıb. Avtomobil 2011-ci ildə istehsal edilib.

Bunlardan başqa Ombudsmana məxsus 2006-cı il istehsalı olan “BMW 740Lİ” markalı avtomobil 8 500 manata, 2008-ci il istehsalı olan “Hyundai H1” markalı avtomobil 10 000 manata, DİN-ə məxsus 2013-cü il istehsalı olan “KİA Sorento” markalı avtomobil 9 000 manata satışa çıxarılıb.

Onu da bildirək ki, satışa çıxarılan avtomobillər qeyri-işlək vəziyyətdədir.

Tam siyahı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:







Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.20741510391235