Qanuni oğru “Osetrina Mladşıy” təcridxanadan YOXA ÇIXIB

 08-05-2022

Kriminal dairələrdə “Osetrina Mladşıy” kimi tanınan qanuni oğru Sergey Asatryan Krasnoyarskdakı istintaq təcridxanasından yoxa çıxıb.

Kriminalqafqaz” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aprelin 27-də Asatryanın vəkili Artur Aslamazov verib. O bildirib ki, iki gündən çoxdur ki, vəkillərə və yaxınlarına məhbusun yeri barədə məlumat verilmir. 

Vəkilin sözlərinə görə, 2022-ci il aprelin əvvəlində məhbus Krasnoyarskdakı istintaq təcridxanasına aparılıb və o, orada yoxa çıxıb. Təcridxanada Aslamazova məhbusun orada olmadığı bildirilsə də, onun hara və nə üçün aparıldığı onlara deyilməyib. 

“Mən mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin rəisi, mayor Amosovun qəbulunda oldum. O, Asatryanın harada olduğunu bildiyini, amma mənə deməyəcəyini söylədi”, - deyə vəkil qeyd edib. 

Qeyd edək ki, Sergey Asatryan 2021-ci il iyunun 2-də “oğurluğa qarşı mübarizə” maddəsi ilə təqsirli bilinib və ona “cinayət iyerarxiyasında ən yüksək vəzifə tutduğuna görə” on il həbs cəzası verilib. O, 2021-ci ilin oktyabrında cəzasını çəkmək üçün Vladimirski mərkəzinə gətirilib. 

Vəkillərin sözlərinə görə, həbsxanada Asatryan təkadamlıq kamerada saxlanılıb, burada gecə-gündüz üç dinamikdən eyni vaxtda musiqi səsləndirilib. Məhkum dörd ay ərzində gəzintiyə buraxılmayıb. O, vəkilə burada elektrik cərəyanı ilə işgəncələrə məruz qaldığını da deyib. Aprelin əvvəlində vəkillərə Asatryanı görməyə daha icazə verilməyib. Onun sonrakı taleyi məlum deyil.

 

Bənzər yazılar

0.24050998687744