Vladimir Putin Azərbaycan və Ukrayna XALQLARINI TƏBRİK EDİB

 08-05-2022

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümü münasibəti ilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və  Özbəkistan  liderlərinə və vətəndaşlarına təbrik ünvanlayıb.

MillətinSəsi.info TASS-a istinadla xəbər verir ki, Kremlin saytında gedən məlumata əsasən Putin “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Gürcüstan və Ukrayna xalqlarını da təbrik edib.

“Rusiya Prezidenti təbrikində xüsusi olaraq qeyd edib ki, bu gün biz saysız-hesabsız qurbanlar və məşəqqətlər bahasına nasizmi darmadağın etmiş əsgərlərə və arxa cəbhə işçilərinə minnətdarlıq və ehtiramımızı bildiririk”, - təbrikdə deyilir.

Kreml qeyd edib ki, Rusiya lideri təbrikində “bu gün müxtəlif ölkələrin insanlarına bu qədər iztirab gətirən nasizmin dirçəlişinin qarşısını almaq bizim ümumi borcumuzdur” deyə vurğulayıb.

“Müharibə illərində baş verən hadisələr, ümumi mənəvi dəyərlər və qardaşlıq dostluğu ənənələri haqqında həqiqətləri qoruyub saxlamaq və nəsillərə çatdırmaq lazımdır”, - deyə məktubda bildirilir. Putin yeni nəsillərin ata və babalarının xatirəsinə layiq olmasını arzulayıb.

Bundan əlavə, Rusiya Prezidenti Böyük Vətən Müharibəsi veteranlarına və Ukrayna vətəndaşlarına ünvanladığı müraciətdə Böyük Vətən müharibəsində məğlub olanların ideoloji varislərindən qisas alınmasının yolverilməzliyini vurğulayıb.

Bənzər yazılar

0.21156978607178