Britaniyalı səyyah Dez Vayt: “Azərbaycan xalqı çox güclü xalqdır”

 05-02-2023

“Dünəndən Qarabağdayıq, Şuşaya səfər etdik, burada baş verənlərlə tanış olduq. Bu bölgənin gözəl təbiəti var. Bu gün isə Kəlbəcərdə olduq, oranın dağları çox gözəldir”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan britaniyalı səyyah Dez Vayt söyləyib.

Qarabağda şahidi olduğu dağıntılara toxunan səyyah qeyd edib ki, Azərbaycan xalqı çox güclü xalqdır:

“Burada görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan xalqı bu ərazilərdəki hər şeyi bərpa edəcək və həyat öz axarına düşəcək”.

Bənzər yazılar

0.2130081653595