Rusiya Sumı şəhərini bombardman etdi: İkisi uşaq olmaqla 18 nəfər öldü - VİDEO

 08-03-2022

Ukraynanın Sumı şəhəri və şəhərətrafı əraziləri Rusiya aviasiyası tərəfindən bombardman edilib.

Hadisə nəticəsində yaşayış evləri dağıdılıb, mülki əhali arasında ölən və xəsarət alanlar var.

Məlumatı Sumı Regional Hərbi Administrasiyasının sədri Dmitri Jivitski də təsdiq edib.

Ukraynalı rəsmi ölənlər arasında azyaşlıların olduğunu da bildirib.

Hələlik mülki əhali arasında 10 nəfərin həlak olduğu bildirilir. Ölənlərin sayının yüksələcəyi istisna edilmir.

Bombardmana məruz qalan digər ərazi Ukraynanın Sumı vilayətinin Axtırka şəhəri və Bitisa kəndi olub.

Yerli qurumlardan verilən məlumata əsasən, hazırda adı qeyd olunan şəhər və kəndin ərazisində xilasedicilər işləyir, əraziyə tibbi yardım briqadaları cəlb edilib.

Ötən gün yaşayış evlərinə atılan bombalar nəticəsində Sumı şəhərində 18 dinc sakin, o cümlədən iki uşaq həlak olub. 

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko danışıb. 

Onun sözlərinə görə, dağıntıların aradan qaldırılması prosesi davam edir.

Bənzər yazılar

0.19569611549377