BŞİH-in beş gün əvvəl tutulan əməkdaşı EV DUSTAQLIĞINA BURAXILIB

 01-02-2023

Ötən həftə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi saxlanılan Natiq Abbasovla bağlı məhkəmə qərar verib. 

“Unikal”ın məlumatına görə, əməliyyat zamanı tutulan Yasamal rayonu Yaşıllaşdırma Sahəsinin rəisi Natiq Abbasov məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindədir.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin tərkibində olan Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin əməkdaşı Anar Abbasəliyev və Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı Natiq Abbasovun paytaxtda yerləşən iaşə obyektlərinin ərazisindəki ağacların qanunsuz kəsilməsinə köməklik göstərilməsi vədi ilə vətəndaşlardan pul almalarına əsaslı şübhələr müəyyən edilib. Həmçinin, Natiq Abbasov tələb etdiyi pulun bir hissəsini alanda cinayət başında yaxalanıb.

Hər iki fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bənzər yazılar

0.23199796676636