İranın casus şəbəkəsinə qarşı əməliyyat zamanı Mətləb Bağırov SAXLANILIB

 01-02-2023

Daxili İşlər Nazirliyi tərəfindən İranın casus şəbəkəsinə qarşı keçirilmiş xüsusi əməliyyat zamanı İran və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Mətləb Bağırov da var. 

Milletinsesi.info xəbər verir ki, M.Bağırov “SalamNews” informasiya agentliyi və “İnteraz”ın faktiki rəhbəridir.

O, “Hacı Mətləb” kimi tanınır. 

Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.

“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur. Agentliyin Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndəliyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində yerləşir. “SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. “SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.

Bənzər yazılar

0.20095300674438