Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında DƏFN OLUNUB

 30-01-2023

Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Oxu.Az xəbər verir ki, dəfndən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, havaya yaylım atəşi açılıb.

 

Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

Dəfn mərasimi ilə əlaqədar İkinci Şəhidlər xiyabanında izdiham yaşanır.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.

Bənzər yazılar

0.21801400184631