Azərbaycan İranda diplomatik FƏALİYYƏTİNİ DAYANDIRDI: Bəs, İranın Azərbaycandakı səfirliyinin aqibəti NECƏ OLACAQ?!

 29-01-2023

İranın ölkəmizdəki səfirliyinin fəaliyyətini davam etdirib-etdirməyəcəyinə aydınlıq gəlib.

Milletinsesi.info xəbər verir ki, xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib ki, beynəlxalq münasibətlərdə hər bir ölkə öz davranışına görə qiymətləndirilir:

“Biz Azərbaycanda diplomatik missiyaların qorunması və təhlükəsizlik məsələsində nümunəvi dövlətlərdən biriyik. Bundan sonra da Azərbaycana münasibətdə baş verən təhdidlərə baxmayaraq, Azərbaycan qəbul etdiyi diplomatik missiyaların təhlükəsizliyini təmin etməyə davam edəcək. Səfirliyin bizim ölkəmizdə fəaliyyətini dayandırması barədə hər hansı məlumat verilməyib”.

Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq.

Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb: “Amma tam dayanıb. Orada biz 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər”.

Bənzər yazılar

0.19546103477478