Naxçıvanda Şəhər Polis İdarəsinə yeni rəis TƏYİN OLUNUB, polkovnik-leytenant TƏQAÜDƏ GÖNDƏRİLİB

 28-01-2023

Naxçıvan Şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

O, bundan qabaq Nəsimi rayon Polis İdarəsinin rəis müavini olub.

Qeyd edək ki, Eldar Qazıbəyov vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Naxçıvan Muxtar Respublikasında daha bir rəis təqaüdə göndərilib.

Bu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Gündüz Qədimovdur.

Qeyd edək ki, Gündüz Qədimov bu vəzifəyə son iki il idi təyin olunmuşdu.

Bənzər yazılar

0.21760606765747