Səfirliyimizdə terrorçunu zərərsizləşdirən KİMDİR?

 27-01-2023

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub. 

Oxu.az-a xəbər verir ki, həmin şəxs Vasif Tağıyevdir.

O, səfirliyimizə edilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atılıb və onu zərərsizləşdirib. V. Tağıyev ailəlidir, üç övladı var. V.Tağıyevin Şuşadan olduğu bildirilir. 

Bundan başqa, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralanan Vasif Natiq oğlu Tağıyevin atası danışıb.

O bildirib ki, sözügedən hadisədən ilk öncə onun xəbəri olub: “Telefonla danışanda kədərlənərək Orxan müəllimi itirdik dedi. Epizodu izləyəndə yarım saat şokdan ayıla bilmədim”.

Vasifin anası Təranə Tağıyeva övladının cəsarətli addımını təqdir etməklə yanaşı, kifayət qədər narahat qaldıqlarını da deyib: “Vasiflə fəxr edirəm. Səhər oğlumla danışdıq yaxşı idi. Daha sonra atasına zəng vuraraq, xəbəri mediada görsək narahat olmayaq deyə bizə yaxşı olduğunu bildirdi”.

Qeyd edək ki, Vasif Tağıyev əliyalın olmasına baxmayaraq, silahlı terrorçunu zərərsizləşdirən və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.20907807350159