“Bayraktar” Rusiyanın zenit-raket kompleksini vurdu – VİDEO

 08-03-2022

Ukrayna Silahlı Qüvvələri “Bayraktar” zərbə pilotsuz uçuş aparatı vasitəsilə Rusiya ordusunun “Buk” zenit-raket kompleksini zərərsizləşdirib.

MillətinSəsi.info “UNİAN”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Bildirilir ki, “Buk” hava hücumundan müdafiə raket sistemi aşağı və orta hündürlükdə hərəkət edən hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, bundan əvvəl də Rusiya ordusuna məxsus bir neçə texnikanın “Bayraktar” vasitəsilə sıradan çıxarılmasının kadrları yayılıb.

Bənzər yazılar

0.21433210372925