Ukraynada Rusiyanın itkilərinin sayı ARTIR: 23500 hərbçi, 1 026 tank, 192 təyyarə, 155 helikopter...

 01-05-2022

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.

MillətinSəsi.info xəbər verir ki, bu barədə informasiya Baş Qərargahın Facebook səhifəsində yerləşdirilib: Mənbə yazır ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya təxminən 23 500 hərbçisini itirib. 

84 qanadlı raket, 2 471 zirehli döyüş maşını, 1 026 tank, 450-dən çox artilleriya sistemi, 192 təyyarə, 155 helikopter vurulub. 

Son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində qeyd alınıb. 

Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov isə bildirib ki, Rusiya ordusunun raket zərbəsi nəticəsində Dnepropetrovsk vilayətində Ukraynaya məxsus komanda məntəqəsi və silah anbarı məhv edilib.“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 143 təyyarə, 112 helikopter, 600 PUA, 2678 tank, 308 YARS və 2503 ədəd xüsusi təyinatlı hərbi texnikası da məhv edilib"-, deyə Rusiya MN sözçüsü vurğulayıb.

Bənzər yazılar

0.22010898590088