Azərbaycanda son vaxtlar MÖVSÜMİ QRİP YAYILIB

 20-01-2023

Azərbaycanda son vaxtlar mövsümi qrip yayılıb.

APA.az istinadla xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, iki il ərzində pandemiya dövründə yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulub və nəticədə ara-sıra mövsümü qriplər yayılıb: "Buna görə də hazırlıq məqsədilə ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəsisələrinə paylanıb. Bütün yaşlı insanları qrip əleyhinə vaksinasiyaya çağırırıq”. 

Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, koronavirus əleyhinə vurulan vaksinlər mövsümi qriplər üçün effektli deyil: “Mövsümi qrip gözlənilən idi. Buna görə də ailə sağlamlıq mərkəzləri və şəhər poliklinikalarına qripə qarşı vaksinlər paylanılıb. Nəzarət altında saxlanılır. Monitorinqlər aparılır. Bu, iki il pandemiya şəraitində yaşayan cəmiyyət üçün gözlənilən idi. Hazırda ölkədə kəskin dərman qıtlığı yoxdur”.

O bildirib ki, dərman istehsalında istifadə olunan xammalın qiymətinin artması nisbətən qiymət artımına gətirib çıxarıb:

“Ancaq bu sahə daim nəzarətdədir. Bildiyiniz kimi, dərmanlara qiymətləri Tarif Şurası təyin edir və qiymətlər qaydalara uyğun tənzimlənir. Əgər qiymətlərin süni şəkildə artırılma hallarına vətəndaşlar şahid olsa, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Bununla məşğul olan müvafiq qurumlar var, mütəmadi monitorinq keçirilir”.

Bənzər yazılar

0.22626781463623