İran və Əfqanıstan sərhədə hərbi texnika yığır: Yeni müharibə başlaya bilər - VİDEO

 26-04-2022

Əfqanıstanın İranla sərhəddəki Doğarun gömrük postunda çəkilmiş görüntülər ərazidə hərbi qarşıdurma ehtimalının yüksək olduğunu göstərib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunub ki, hər iki ölkə sərhəd bölgəsindən yük maşınlarını uzaqlaşdırır. Bununla yanaşı, sərhəd bölgəsinə hər iki tərəfdən tankların və digər zirehli texnikaların yeridilməsini əks etdirən kadrlar yayılıb. Məlumata görə, sərhəddəki qüvvələr döyüşə hazır vəziyyətə gətirilib.

Ərazidə hərbi toqquşma ehtimalının yüksək olduğu vurğulanır.

Bənzər yazılar

0.21829199790955