Bakıda qarda sürüşərək xəsarət alanların SAYI AÇIQLANDI

 10-01-2023

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 40 müraciət daxil olub.

Bu barədə Milletinsesi.info-a TƏBİB məlumat yayıb.

Xəsarət alanlardan 39-u (15-i qadın, 14-ü kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub.

1 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin travmaları ilə bağlı olub. 

Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olublar.

Bənzər yazılar

0.21796202659607