Azərbaycanda daha 149 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib

 07-03-2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 789 481 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9 531 nəfər vəfat edib, aktiv xəstə sayı 4 244 nəfərdir.

Ölkədə son sutka ərzində 3 512, hazırkı dövrədək isə 6 603 318 test aparılıb.

Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya olunanlar yoxdur. 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 5 olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya da qeydə alınmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 159 756, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 308 772, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 795 324, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 842 070, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 213 590 təşkil edir.

Bənzər yazılar

0.21598315238953