“Medline” klinikasında tibbi təhsili olmayan şəxslər işlədilib

 25-04-2022

“Medline” Estetik Mərkəzi barəsində məhkəmə iddiası qaldırılıb.

Kriminalqafqaz”ın məlumatına görə, klinika sanitariya-gigiyena sahəsindəki qanunvericiliyi pozmaqda təqsirli bilinir.

“Medline” MMC-ə tərtib olunan protokol baxılaması üçün Nəsimi Rayon Məhkəməsində göndərilib. Protokola əsasən, klinikada müvafiq tibbi sertifikiasiyası olmayan şəxslər işlədilib.

İddia təsdiqini taparsa, klinikanı 8 min manatadək cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Medline” əsasən, estetik prosedurların həyata keçirildiyi klinika kimi tanınır. Rəhbəri iş qadını Həcər Cəfərovadır.

Bənzər yazılar

0.20108699798584