Rusiyanı tərk edən müğənni Alla Puqaçovanın videomüraciəti yayılıb.
Maraqlıdır ki, müvafiq video sənətçinin “Instagram” səhifəsində yox, fan səhifələrində görünüb.
Alla Borisovna bütün tənqidçilərinə xoşbəxtliyin nə olduğunu izah edib.
“Mənim anlayışıma görə, xoşbəxtlik hazırda hiss etdiyimdir. Mən azadam, ailəmlə bir yerdəyəm. Yeni ili məni anlayan, vicdanı, namusu, ləyaqəti olan insanların əhatəsində qarşılayıram”, - primadonna bəyan edib.
Məlumata görə, Puqaçova xaricdəki dostlarından Milad və Yeni il təbrikləri alıb. Cavab olaraq, onlara bu videonu göndərib. Və kimsə görüntüləri sosial şəbəkəyə sızdırıb.
Mənbə: unian.net